Noyabrın 5-6-da Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna qatılacaq dünya yığmasının heyəti açıqlanıb. SİA xəbər verir ki, ilk dəfə bu yarışda tətbiq olunan formatda yer alan dünya yığmasının tərkibində Nuqzari Tsurtsumia (55 kq, Gürcüstan), Aydos Sultangali (60 kq, Qazaxıstan), Leri Abuladze (63 kq, Gürcüstan), Coni Xetsuriani (67 kq, Gürcüstan), Andrey Kulik (72 kq, Ukrayna), Zoltan Levay (77 kq, Macarıstan), Jalqasbay Berdimuratov (82 kq, Özbəkistan), Turpal Bisultanov (87 kq, Danimarka), Kiril Milenov Milov (97 kq, Bolqarıstan) və Mantas Knistautas (Litva, 130 kq) çıxış edəcək.
Bu idmançılardan Tsurtsumia daha öncə (2019) dünya çempionu, Abuladze, Levay, Berdimuratov, Bisultanov və Milov son dünya çempionatının gümüş, Sultangali, Kulik, Knistautas bürünc medalçısı olub. Xetsuriani isə 5-ci yeri tutub.
Qeyd edək ki, dünya yığması B qrupunda Azərbaycan və Serbiya milliləriylə mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB