Türkiyənin Afyon şəhərində uşu-kunq fu üzrə Balkan çempionatı keçirilib. SİA xəbər verir ki, Balkan çempionatında Azərbaycan idmançıları da iştirak edib.
Çempionatda iştirak edən idmançılarımız yarışı müvəfəqiyyətlə başa vurublar. Belə ki, böyüklər arasında Elçin Eminov (65kq) qızıl medala sahib olub. Həmçinin Elçin Eminov dördqat Avropa çempionu və İslam Həmrəyliyi Oyunlarının bürünc və gümüş mükafatçısıdır. Gənclər arasında isə Raul Qasımzadə(56 kq) gümüş, Bahadur Əhmədov (65kq), Amal Məmmdəov (52kq), Pərviz Abiyev (56kq) bürünc medal qazanıblar.
Yeniyetmələr arasında Hüseyn Məmmədov (42 kq), Turan Rüstəmzadə (39 kq), Xəyal İbrahimov (36 kq) birinci yerə çıxıblar.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB