"Hansı heyətlə çıxış edəcəyimizi qərarlaşdırmamışıq" - BAŞ MƏŞQÇİ AÇIQLADI

"Hansı heyətlə çıxış edəcəyimizi qərarlaşdırmamışıq" - BAŞ MƏŞQÇİ AÇIQLADI

"Bizim ilk oyunda 3 zədəli oyunçumuz var idi. Ona görə də yaxşı mübarizə göstərmək üçün oyunçulardan düzgün istifadə etmək lazımdır ki, qələbə qazanaq". SİA xəbər verir ki bu sözləri “Olimpiakos”un baş məşqçisi Miçel Qonsales Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri oyun haqda danışıb.

Baş məşqçi qeyd edib ki, hansı heyətlə oynayacağım barədə qərar verməmişəm: "Sabah ki, oyun bizim üçün həlledici mahiyyət daşıyır. Biz sabah oyunda qalib gəlməsək, hər şey daha da mənfiyə doğru gedəcək. Sezonun əvvəlindən komanda da bir sıra dəyişikliklər olub. Bizim heyətdə 33-34 oyunçu var. Onların hər birinə şans verə bilmərəm. Lakin onların hər biri nə zamansa matçda iştirak edəcəkləri günü gözləyirlər"

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə