"Sabah qisasımızı alacayıq" - FUTBOLÇU BİLDİRDİ

"Sabah qisasımızı alacayıq" - FUTBOLÇU BİLDİRDİ

"Biz sabah ilk oyundan daha fərqli şəkildə performans göstərəcəyik". SİA xəbər verir ki, bu sözləri "Olimpiakos" komandasının futbolçusu Usseynu Ba Bakıda keçiriləcək "Qarabağ" - "Olimpiakos" matçından öncə keçirilən mətbuat konfransında qeyd edib.
İdmançı bildirib ki, sabah ki, oyun bizim üçün önəmlidir: "Buna görə də bütün var gücümüzlə yaxşı oynamağa çalışacıyıq. Biz öz azərkeşlərimizə sübut etmək istəyirik ki, biz böyük klubun, böyük oyunçularıyıq. Sabah qisasımızı alacayıq və istədiyimiz xalı əldə edəcəyik".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə