"Bütün bunlar cənab Prezidentin tibb işçilərinə verdiyi qayğısının bariz nümunəsidir" - MİLLƏT VƏKİLİ QEYD ETDİ

"Bütün bunlar  cənab Prezidentin tibb işçilərinə verdiyi qayğısının bariz nümunəsidir" - MİLLƏT VƏKİLİ QEYD ETDİ

“Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin edilməsi barədə Nazirlər Kabnetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli qərarı var idi və bu qərar əsasında sentyabr ayının 1-dək bu müddətli əlavələrin verilməsi davam edirdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Məmmədli bildirib.

Millət vəkili qeyd edib ki, hazırda isə bu prosesin 10 oktyabrdan noyabrın 1-dək davam etməsi barədə qərar qəbul olunur: “Bu qərar tibb işçilərinin xidmətinə və fəaliyyətlərinə dövlətimiz tərəfindən verilən qayğının bir nümunəsidir. Çünki tibb işçilərinin bu fəaliyyəti cənab Prezidentin daima diqqətindədir. Bu baxımdan müddətli əlavələrin verilməsini bu konteksdən qiymətləndirmək lazımdır. Koronavirus yoluxması hazırda müşahidə olunmaqdadır. Epidemoloji vəziyyət stabil olsa da, bütün prosesləri kontrol edilir. O baxımdan tibb işçilərinin bu sahədəki fəaliyyəti hələ də davam edir. Məhz bu səbəbdən də proseslərdə iştirak edən tibb işçilərinin maaşlarına müddətli əlavələrin edilməsi prosesi noyabrın 1-dək uzadılıb. Təbii ki, bütün bunlar cənab Prezidentin tibb işçilərinə verdiyi qayğısının bariz nümunəsidir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə