İdmançımız bürünc medal qazanıb

İdmançımız bürünc medal qazanıb

Azərbaycan komandası Naxçıvanda təşkil olunan Yeniyetmələrin Şahmat Olimpiadasında bürünc medal qazanıb. SİA-nın verdiyi məlumata görə, Fərid Abbasovun kapitanı olduğu Azərbaycanın birinci komandası yarışın sonuncu turunda Türkiyə-Anadolu kollektivini 2,5:1,5 hesabıyla məğlub edib. Bununla xalını 13-ə çatdıran komandamız Olimpiadanın bürünc mükafatına sahib çıxıb. Qalib 18 xal qazanan Türkiyənin birinci komandası olub. Özbəkistanın birinci yığması isə ikinci yeri tutub. Bu gün Naxçıvan Olimpiadasının bağlanış mərasimi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə