“Qalatasaray”ı məhkəməyə verdim” - Əlcəzairli futbolçu

"Qalatasaray"dan ayrılan Sofian Fequli FİFA-nı məhkəməyə verməsi xəbərini təsdiqləyib. SİA xəbər verir ki, "A Spor"a danışan Fequli bunları deyib: "Xəbər doğrudur. "Qalatasaray"dan pulumu toplamaq üçün çox çalışdım, heç bir nəticə əldə edə bilmədim. Dursun Özbeklə də danışdım, amma həll etmək mümkün olmadı".

Əlcəzairli futbolçu həmçinin, "Bu transfer dönəmində "Qalatasaray"ın vəziyyətini yaxından izlədim və heç bir iqtisadi problem görməyincə vəkilimə göstəriş verdim və "Qalatasaray"dan borcumu götürsün. Başqa məsələ yoxdur"-dedi.

Fequlinin istədiyi məbləğin miqdarı1,6 milyon avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə