""Rapid-lə oyunda komanda 120 dəqiqə mübarizə apardı" - BAŞ MƏŞQÇİ AÇIQLADI
"Bizim tərəfdən yaxşı oyun keçdi. "Kəpəz"lə oyundan narahat idim. Çünki bundan öncə ki, "Rapid"-lə oyunda komandam 120 dəqiqə mübarizə apardı". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Nefçi" komandasının baş məşqçisi Laurentsiu Regekampf bildirib.
Baş məşqçi bildirib ki, hamılıqla həmin oyunun nəticəsindən üzgün idik: "Ona görə bu günkü oyunda qələbə qazandığımız üçün çox sevincliyəm. Komandam bəzi məqamlarda tam mən istədiyim kimi çıxış edirdi. Əminəm ki, komandam bundan da daha yaxşısını edə bilər. "Rapid"-lə oynadığımız oyunu unutmaq mümkünsüzdür. Biz həmin oyundan nəticə çıxarıb, daha da güclənməliyik. Öz komandamı aqressiv və hücuma meyilli bir şəkildə görmək istəyirəm. Biz komanda olaraq inkişaf etməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə