"Çox gözəl şəhərə gəlmişik və əla stadion gördüm. Belə bir arenada yaxşı oyun göstərməliyik. Hər iki komanda çox istəklidir. Biz buraya böyük inamla gəlmişik. Rəqib çox yaxşı təşkilatlanmış komandadır, bacarıqlı oyunçuları var. Futbolçularıma inanıram. Sonadək mübarizə aparacağıq”.
SİA Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə Macarıstan "Ferentsvaroş"u ilə cavab oyunundan öncə mətbuat konfransında deyib.
Mütəxəssis əvvəlki illərə nisbətən bu mövsüm ilk mərhələdən ciddi rəqiblərlə qarşılaşdıqlarını söyləyib: "Ferentsvaroş" 3-cü təsnifat mərhələsinə keçibsə, deməli, səviyyəli komandadır. Heyətində sıradan futbolçu yoxdur. Hər xətdə bacarıqlı və usta oyunçuları, həmçinin, hamımızın hörmət etdiyimiz baş məşqçiləri var. Bu rəqib əvvəlkilərdən güclü ola bilər. Amma biz dəfələrlə özümüzdən yaxşı komandalara qarşı çəkinmədən oynamışıq. Bu cür kollektivlərlə mübarizə aparmaq bizim üçün xoşdur".
Onun sözlərinə görə, hər oyun komandası üçün futbol döyüşüdür: "Meydanda vuruşmasaq, istədiyimiz nəticəni əldə edə bilmərik. Böyükhesablı qələbələr il ərzində nadir hallarda olur. Çempionlar Liqasında çox diqqətli olmalıyıq. Son vaxtlar elə üslubda oynayırıq ki, böyük hesabla uduza da bilərik. Amma heç vaxt ehtiyatı əldən vermirik. Böyük hesab haqqında düşünmürük".
Qurbanov "Ferentsvaroş"un prezidenti Qabor Kubatovun azərbaycanlı olmadığını vurğulayıb: "Bunu özü də etiraf etdi. Amma bunun önəmi yoxdur. Biz meydanda rəqibik. Sabah cütün taleyi həll olunmalıdır".
Mütəxəssis sabah Bakıdakından daha yaxşı oynamalı olduqlarını deyib: "Qələbə üçün buna ehtiyac var. İndi rəqibi daha yaxından tanıyırıq. Stanislav Çerçesovun müsahibəsini oxudum. O da bizimlə eyni fikirdədir. Rəqib də boş durmur, gözləmədiyimiz variantlara əl atır. Mərhələ keçdikcə, daha diqqətli olmalıyıq. Qarşı tərəf də bu oyunu ciddiyə alır və hər xırdalığı müzakirə edir. Futbolçular tapşırıqlarımızı yerinə yetirmək üçün daim diqqətli olmalıdırlar. Məncə, həm taktiki, həm də mübarizə baxımından maraqlı oyun olacaq. Çox istərdim ki. azarkeşlər matçdan razı qalsınlar".
O deyib ki, "Qarabağ"ın uğurlarında çox cuzi əməyi olub? "Futbolun dili birdir. Kim oyunu düzgün idarə edirsə, o da qələbə qazanır. Qazanılan nəticələrdə meydanda tapşırıqları yerinə yetirən futbolçuların payı daha çoxdur. Etdiklərimlə bağlı fikir bildirmək istəmirəm. Bu, bizim işimizdir. Etimadı doğrultmağa və işimizi düzgün görməyə çalışırıq".
Qurbanov "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov haqda da danışıb: "Böyük təcrübəyə malikdir. Bacarıqlı, tələbkar və nizam-intizamı sevən mütəxəssisdir. Ona hörmətimiz böyükdür. Yaxşı mütəxəssislərə hər zaman dəyər vermişik".
O deyib ki, hər səfər oyunu üçün uzun yol qət etsələr də, burada ciddi problem görmür: "İllərdir bu qaydada işləyirik. Şərtlər hamı üçün eynidir. Digər rəqiblər də bizimlə oyunlara gəlmək üçün uzun yol qət edirlər".
Baş məşqçi sonda zədəli futbolçuların durumuna da toxunub: "İki müdafiəçimiz - Maksim Medvedevlə Kevin Medina oynamayacaq. Amma digərlərinin qayıtması məni sevindirir. Belədə, rotasiya etmək imkanlarımız genişlənir".
Qeyd edək ki, avqustun 9-da Budapeştdəki "Groupama Arena"da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyun 1:1 hesabı ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycanda "Yerin təki haqqında" qanun dəyişib
Siyasət 16:58Sabah güclü külək əsəcək
Sosial 16:56GMO qidaları necə seçmək olar? - EKSPERT AÇIQLADI
Səhiyyə 16:29"Regionda gərginlik yeni mərhələyə keçir" - ŞƏRH
Siyasət 15:37Daşkəsəndə müasir cüdo zalı istifadəyə verilib
İdman 15:32"Qardaş ölkələr daha da yaxınlaşır" - MÖVQE
Siyasət 15:31“Yağışın çoxluğu xəstəliklərin də yayılmasına şərait yaradır”
Köşə yazıları 15:07AYNA: Daha 9 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
İqtisadiyyat 14:50Ermənistan Rusiyanın vassalı olacaqmı? - AKTUAL
Siyasət 14:28"Ermənistanda siyasi vəziyyət seçkilərlə dəyişir" - ŞƏRH
Siyasət 14:26Bakı Limanında səpkili yük daşınmasında rekord artım olub
İqtisadiyyat 14:10Sabah Bakıda 17 dərəcə isti olacaq
Sosial 13:04“Diamed” zavoduna xüsusi media turu təşkil olunmuşdur
Səhiyyə 12:36“İncəsənət təhsilində də işi peşəkarlara həvalə etməliyik”
Mədəniyyət 12:29"Regionda sabitlik üçün mühüm addım atılır" - POLİTOLOQ
Siyasət 12:23Bu il Azərbaycan dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
İqtisadiyyat 12:12Tramp İranda nə axtarır: molla, yoxsa NEFT?
Siyasət 12:02Norovirus infeksiyası
Səhiyyə 10:53Ali Məhkəmə Plenumunun növbəti iclası olub
Sosial 10:52Dünyada bir ilk! Çində tətbiq olunmağa başlandı
Dünya 10:12Xəzər dənizində yenidən zəlzələ olub
Hadisə 10:08Ayaqqabı seçərkən nələrə diqqət etməliyik?
Səhiyyə 09:45Lerikin 5 kəndinin bir hissəsində işıq olmayacaq
Sosial 09:25Bu günün valyuta məzənnələri
İqtisadiyyat 09:24Bakının bu ərazilərində söküntü olacaq
Sosial 05:04Əliyar Ağayevə beş oyunluq CƏZA
İdman 03:04Futbol izləyən azarkeş tribunada öldü...
İdman 01:04Türkiyəli aktrisa bu məşhur serialda rol alacaq
Şou-Biznes 6 Aprel 23:26Gəncədə bədbəxt hadisə - usta hündürlükdən yıxılıb öldü...
Sosial 6 Aprel 23:16Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Siyasət 6 Aprel 22:27İrandan Azərbaycana indiyədək 3 322 nəfər təxliyə olunub
Sosial 6 Aprel 22:16Tbilisidə Mehriban Əliyevanın şərəfinə lanç verilib
Siyasət 6 Aprel 22:08Tbilisidə Prezidentin şərəfinə ziyafət verilib
Siyasət 6 Aprel 22:02Ceyms Bondun məşhur superkarı sualtı qayığa çevrildi…
Texnologiya 6 Aprel 21:53Özünü dəyişdirmək istəyinin nə vaxt şıltaqlıq olmadığı izah edildi...
Dəb 6 Aprel 21:39Müsəlman qadın Dağıstan sakinlərinə yarım milyon rubl bağışlayıb...
Sosial 6 Aprel 21:23Pepsi, London “Wireless” festivalına sponsorluqdan imtina edib…
Şou-Biznes 6 Aprel 21:16Milyoner olmağınıza dair 26 əlamət...
Maraqlı 6 Aprel 21:05ABŞ-da mobil telefonları qadağan edən bar və restoranların sayı artıb…
Maraqlı 6 Aprel 20:54Duzdan çəkinmək bədənə necə təsir edir?
Maraqlı 6 Aprel 20:45Vitamin tabletləri niyə vəd edildiyinə görə işləmir..?
Sosial 6 Aprel 20:34ABŞ-ın Aya qayıdışının səbəbi aşkar olub…
Dünya 6 Aprel 20:25Dərman qəbul etmək üçün ideal vaxt müəyyən edilib...
Səhiyyə 6 Aprel 20:14Alimlər tam qaranlıqda qədim həyatın izlərini aşkar ediblər...
Maraqlı 6 Aprel 20:05Şaqalın “Gəzinti” əsəri hərbiləşdirilmiş mühafizə altında Minskə aparılıb...
Mədəniyyət 6 Aprel 19:54Nəzarət altında olan sürücülər...
Sosial 6 Aprel 19:43Məsləhətçinin adı Rose Amberdir...
Şou-Biznes 6 Aprel 19:34Ruslara gecələr paltar yumağa icazə verilməyəcək..?
Sosial 6 Aprel 19:25Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9615
+0,13%
-
GBP
2,2497
+0,16%
-
RUB
2,1523
+1,23%



