Liverpul” “Mançester Yunayted”i səfərdə darmadağın etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 9-cu tura yekun vurulub. SİA Matc.az-a istinadən - xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Lester Siti” səfərdə “Brentford”u məğlub edib. “Tottenhem” isə “Vest Hem”lə səfər oyunundan xalsız qayıdıb.

Turun mərkəzi görüşü Mançesterdə keçirilib. Bu mövsüm məğlubiyyətin nə olduğunu bilməyən “Liverpul” “Mançester Yunayted”in qonağı olub. Qonaqlar bu görüşdə 5 cavabsız qola seviniblər.

İngiltərə Premyer Liqası

9-cu tur

22 oktyabr

Arsenal – Aston Villa 3:1

Qol: Partey, 23. Obameyanq, 45+6. Smit Rou, 56 – Remsi, 82.

23 oktyabr

Çelsi – Norviç Siti 7:0

Qol: Maunt, 8; 85; 90+1. Hadson-Odoi, 18. R.Ceyms, 42. Çiluell, 57. Arons, 62-öz qapısına.

Kristal Pelas – Nyukasl 1:1

Qol: Benteke, 56 – Uilson, 65.

Lids – Vulverhempton 1:1

Qol: Rodriqo, 90+4-pen – Hvan, 10.

Everton – Uotford 2:5

Qol: Deyvis, 3. Riçarlison, 62 – Kinq, 13; 80; 86. Kuçka, 78. Dennis, 90+1.

Sauthempton – Bernli 2:2

Qol: Livramento, 41. Broya, 50 – Korne, 13; 57.

Brayton – Mançester Siti 1:4

Qol: Makallister, 81-pen – İ.Gündoğan, 13. Foden, 28; 31. Mahrez, 90+5.

24 oktyabr

Brentford – Lester Siti 1:2

Qol: Yorgensen, 60 – Tilemans, 14. Maddison, 73.

Vest Hem – Tottenhem 1:0

Qol: M.Antonio, 72.

Mançester Yunayted – Liverpul 0:5

Qol: N.Keyta, 5. Jota, 13. Salah, 38; 45+5; 50.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...

Digər layihələrimiz


Tərəfdaşlarımız


VTB