Şenol Güneş məğlubiyyət barədə danışdı

Bakı Olimpiya Stadionunda oynanan oyundan sonra təşkil edilən mətbuat konfransında Türkiyə millisinin baş məşqçisi Şenol Güneş, "Uzun müddət xəyal qururduq, yaxşı nəticə ilə buradan çıxacağımızı düşünürdük. İlk matçdakı pis başlanğıc bu matçın əvvəlində əks olundu. Müdafiə arxasına atılan topla buraxdığımız qol, ikinci hissədən sonra rəqibin müqaviməti artdı. İkinci hissədə boşlular tapdıq, lakin daha bacarıqlı olmaq olardı. Rəqibin hücumu ilə əlaqədar problemlərimiz oldu, rəqib sakit və səbrlə oynadı və 2-0 hesabını yaxaladı. Ara-sıra müdafiə səddinin qırılması rəqibə böyük üstünlük verdi. Təəssüf ki, üzr istəməliyik. Bu turnir vacib idi, daha yaxşı oyun və nəticə ilə çıxmalı idik. Rəqibimiz böyük üstünlük qazandı qalib gəlməyi düşünürdük, amma heç-heçə də edə bilmədik. Son oyunda başqa bir şansımız ola bilərdi, digər komandalarla müqayisədə ortalamaya baxsaq, çətin olacaq. Rəqibi təbrik edirəm".

Şenol Güneş, komandanın müvəffəqiyyətsiz nəticələrinin təsirini soruşduqda, "Komandamız gəncdir, bu turnirlərdə iştirak edə bilmədi. Rəqibin oyundakı diqqəti, oyunun tempinin soyuması, bu detallar az olsa da sahəmizdəki oyunu məhv etdi. İkinci hissədə topla oynamağa çalışarkən, ikinci, üçüncü ötürmədən sonra topu itirirdik. Rəqibin ilk 25-30 dəqiqədəki sürətli hücumlarına cavab verə bilmədik. Təcrübənin az olduğu ilə razıyam, amma onları düzəldəcəyik” deyib.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə