Adana Demirspor" 26, "Giresunspor" isə 44 ildən sonra Türkiyə Super Liqasında

Yeni mövsümdən Türkiyə Super Liqasında oynamaq hüququ qazanacaq üç klubdan ikisi artıq müəyyənləşib.

SİA xəbər verir ki, bu, 1-ci liqada son turun oyunları başa çatdıqdan sonra bəlli olub. "Adana Demirspor" turniri 1-ci, "Giresunspor" 2-ci pillədə tamamlayaraq elitaya vəsiqə qazanıb. Hər iki komanda eyni - 70 xal toplasa da, əlavə göstəricilərdə Adana təmsilçisi üstün olub.

Beləliklə, "Adana Demirspor" 26 ildən, "Giresunspor" isə 44 ildən sonra ilk dəfə yüksək liqada oynayacaqlar.

Qeyd edək ki, Superliqaya vəsiqə uğrunda son yer üçün "İstanbulspor", "Altay", "Altınordu" və "Samsunspor" pley-off-da mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə