"Real"ın sabiq qapıçısı İker Kasilyasın səhhəti yenidən pisləşib

"Real"ın sabiq qapıçısı İker Kasilyasın səhhəti yenidən pisləşib.

SİA xəbər verir ki, bu barədə "Elmundo" nəşri məlumat yayıb. 39 yaşlı keçmiş qolkiper aprelin 28-i gecə saatlarında ürəyində kəskin ağrılarla və sürətli döyüntü ilə bağlı həkimə müraciət edib. Kasilyas müayinə olunub. Lakin onda infarkt riski aşkarlanmayıb. Buna görə də Kasilyas səhər saatlarında klinikanı tərk edib.

Qeyd edək ki, İker Kasilyas 2019-cu ildə "Portu"nun məşqində infarkt keçirib və əməliyyat olunub. O, 2020-ci ildə karyerasını bitirib.

Bütün xəbərlər Facebook səhifəmizdə