"Real"ın sabiq qapıçısı İker Kasilyasın səhhəti yenidən pisləşib.
SİA xəbər verir ki, bu barədə "Elmundo" nəşri məlumat yayıb. 39 yaşlı keçmiş qolkiper aprelin 28-i gecə saatlarında ürəyində kəskin ağrılarla və sürətli döyüntü ilə bağlı həkimə müraciət edib. Kasilyas müayinə olunub. Lakin onda infarkt riski aşkarlanmayıb. Buna görə də Kasilyas səhər saatlarında klinikanı tərk edib.