“Beşiktaş” çətin “Sivasspor” səfərindən 1 xalla dönüb, “Rizəspor” qələbə qazanıb

Futbol üzrə Türkiyə Super Liqasında 36-cı tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma keçirilib.

Autsayderlər qrupunda yer alan “Gənclərbirliyi” səfərdə “Kayserispor”un qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Rizəspor” “Konyaspor”u qəbul edib. Səkkiz qolluq bu görüşdə meydan sahibləri qələbəni bayram ediblər. “Fatih Karagümrük” “Göztəpə” ilə ev oyunundan heç-heçə ilə ayrılıb. Lider “Beşiktaş” isə çətin “Sivasspor” səfərindən 1 xalla dönüb.

Türkiyə Super Liqası

36-cı tur

20 aprel

Kayserispor – Gənclərbirliyi 2:2

Qol: P.Enrike, 39. İ.Parlak, 80 – Piris, 46. Stanku, 50.

Rizəspor – Konyaspor 5:3

Qol: Cokoviç, 21. Mixalak, 27. Remi, 68. Samudio, 74. A.Demirbağ, 82-öz qapısına – Gilyerme, 6. Çikalleşi, 12. Kravets, 86..

Fatih Karagümrük – Göztəpə 1:1

Qol: M.Edrinc, 32 – B.Emir, 84.

Sivasspor – Beşiktaş 0:0

Hatayspor – Antalyaspor 3:2

Qol: Bupendza, 19; 68. Diuf, 55-pen – Amilton, 46. Fredi, 86.

21 aprel

17:00 Ankaragücü – Dənizlispor

17:00 Ərzurumspor – Yeni Malatyaspor

20:00 Qalatasaray – Trabzonspor

22 aprel

17:00 Alanyaspor – Qaziantep

20:00 Kasımpaşa – Başakşəhər

Bütün xəbərlər Facebook səhifəmizdə