İlk test yürüşündə ən yaxşı nəticəni "Maklaren" göstərdi "Formula 1"

"Formula 1" üzrə Bəhreyn Qran-prisində ilk sınaq yürüşü keçirilib.

Test yürüşündə ən yaxşı nəticəyə Avstraliyanın "Maklaren" komandasının pilotu Daniel Rikkardo imza atıb.

"Alpha Tauri"nin sürücüsü Pyer Qasli 2-ci olub. İlk "3-lüy"ü "Red Bull"un pilotu Maks Ferstappen tamamlayıb.

Qeyd edək ki, "Formula 1"də 2021 mövsümü 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə