1/8 final mərhələsinə yekun vurulacaq Azərbaycan Kuboku

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsi başa çatacaq.

SİA-nın məlumatına görə, ikinci oyun günündə üç matç baş tutacaq.

Günə Tovuzda start veriləcək. “Qəbələ” I divizion təmsilçisi “Turan Tovuz”un qonağı olacaq. Bu görüşdə “Qarabağ”ın rəqibi bəlli olacaq.

1/8 finalın yeganə paytaxt derbisində “Qaradağ Lökbatan” “Zirə” önünə çıxacaq. Rəşad Sadıqovun kubokdakı debütündə “Neftçi”nin rəqibi müəyyənləşəcək.

Günə uğursuzların dueli ilə yekun vurulacaq. Premyer Liqanın autsayderi “Sabah” elitaya yüksəlmək şanslarını boşa verməkdə olan “Kəpəz”i sınağa çəkəcək. Paytaxtdakı qarşılaşmada mərhələ keçəcək komanda “Keşlə” ilə üz-üzə gələcək.

Qeyd edək ki, yanvarın 24-də start götürən mövsümün ilk qarşılaşmasında “Səbail” “Zaqatala”nı 3:2 hesabı ilə məğlubiyyətə uğradıb. Paytaxt təmsilçisi fevralın 1-2 və 6-7-də baş tutacaq 1/4 finalda “Sumqayıt”la görüşəcək.

Azərbaycan kuboku
1/8 final
25 yanvar (bazar ertəsi)

14:00. “Turan Tovuz” – “Qəbələ” - 0:1
Qol: Stefan Vukçeviç, 32
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
“Turan Tovuz”: 77. Mehman Hacıyev, 4. Səbayıl Bağırov, 10. Akif Tağıyev (k), 8. Aqşin Muxtaroğlu, 16. Fuad Bayramov, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 3. İzzət Müştaqov, 9. Vidadi Cəfərov, 11. Nurlan Şabanov, 19. Xəyyam Hüseynov
Ehtiyat oyunçular: 1. Əmrah Zülfiqarlı, 20. Elmir Tağıyev, 18. Elmin Bayramov, 2. Firuz Əhmədov, 22. Elşad Tağıyev, 14. Ramin Süleymanov, 7. Elçin Qasımov, 17. Rəşad Əliyev
Baş məşqçi: İlham Yadullayev
“Qəbələ”: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi,
77. Merab Qiqauri, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 5. Rasim Ramaldanov, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı, 71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev
Tovuz şəhər stadionu

16:00. “Qaradağ Lökbatan” – “Zirə”
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
“Dalğa Arena”

17:00. “Sabah” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
“Bank Respublika Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...