Ronaldu ilə Peres arasında qapalı danışıq

"Yuventus" futbol komandasının və Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldu "Real Madrid" klubunun prezidenti Florentino Pereslə görüş keçirib.

SİA-nın məlumatına görə, bu barədə “El Chiringuito TV” məlumat yayıb.

Məlumata görə, görüş Turində, "Yuventus"un bazasında olub. Ancaq tərəflərin əsasən hansı məsələni müzakirə etmələri hələ məlum deyil.

Kriştianu Ronaldu "Yuventus"a 2018-ci ilin yayında “Real Madrid"dən keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. Futbolçunun klubla müqaviləsi 2022-ci ilin yayına qədər qüvvədədir.

Ronaldu cari mövsümdə "Yuventus"un heyətində İtaliya çempionatı çərçivəsində 14 görüş keçirib, 15 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun aktivində həmçinin Çempionlar Liqasının qrup mərhələsində 4 matçda 4 qol da var.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...