“Napoli”nin yarımmüdafiəçisi Fabian Ruis koronavirusa yoluxub

"Napoli"nin yarımmüdafiəçisi Fabian Ruis koronavirusa yoluxub. SİA xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 24 yaşlı ispan futbolçudan götürülmüş COVİD-19 test nümunələri cavablarının müsbət çıxdığı bildirilib. Bu üzdən də o, karantinə alınıb. İspaniyalı oyunçu "Fiorentina", "Yuventus" və "Veroona" ilə oyunlarını buraxacaq. Xatırladaq ki, "Napoli"də hücumçu Viktor Osimhenin də bir müddət əvvəl koronavirusa yoluxdiği müəyyənləşmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə