“Qəbələ”nin sabiq futbolçusu Rumıniyada özünə yeni klub tapıb

“Qəbələ”nin sabiq futbolçusu Rumıniyada özünə yeni klub tapıb

“Qəbələ”nin sabiq futbolçusu İviça Juniçin yeni klubu müəyyənləşib.

SİA xəbər verir ki, ötən ilin yayında “qırmızı-qaralar”dan ayrılan xorvat müdafiəçi karyerasını Rumıniyada davam etdirəcək.

32 yaşlı futbolçu “Rapid”lə 1.5 illik müqavilə imzalayıb. Bu barədə Buxarest təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, İviça Juniç 2019-cu ilin avqustundan 2020-ci ilin iyununa qədər “Qəbələ”nin formasını geyinib. O, daha sonra Rumıniyanın ÇFR (Kluj) klubuna keçsə də, orada çox qalmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə