Araz Abdullayevin oynadığı matçda “Boluspor” minimal hesabla qalib gəlib

Türkiyə 1-ci liqasında 12-ci turun oyunları davam edir. SİA xəbər verir ki, millimizin yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi "Boluspor" doğma meydanda "Altay"la qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə baa çatıb. Araz da bu görüşün iştirakçısı olub. O, 67-ci dəqiqədə meydana daxil olub. Qeyd edək ki, hazırda 10 xalı olan "Boluspor" 18 komanda arasında 16-cıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə