“Lokomotiv” - “Ştutqart” oyununu Eldar Zülfüqarov idarə edəcək

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

SİA xəbər verir ki, həmyerlimiz Çempionlar Liqasında qadın voleybolçuların yarışlarının “D” qrupunda mübarizə aparan Rusiyanın “Lokomotiv Kalininqrad” və Almaniyanın “Ştutqart” komandaları arasında keçiriləcək ilk görüşü idarə edəcək. E.Zülfüqarova xorvatiyalı Kseniya Jurkoviç kömək edəcək.

Qrupun ilk oyunlarına İstanbul ev sahibliyi edəcək. “Lokomotiv” - “Ştutqart” matçı dekabrın 10-da Burhan Felek Voleybol Arenasında təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...