Meydana daxil olan it futbolçunu yıxdı

Braziliyada qadınlardan ibarət "İnternasional" və "Brazil de Farropilya" komandaları arasındak; matçda maraqlı hadisə baş verib. SİA xəbər verir ki, ikinci hissənin əvvəlində meydana it daxil olduğu üçün görüş bir neçə dəqiqəlik dayanıb.

İt əvvəlcə topu oyunçulardan almağa çalışıb, daha sonra isə meydanda gəzməyə başlayıb. Buna baxmayaraq, futbolçular matçı davam etdiriblər. İt futbolçulardan birinin yıxılmasına səbəb olub. O, qısa müddət yerdə qalsa da, qarşılaşmaya davam edib.

İt daha sonra meydandan çıxarılıb.

Qeyd edək ki, qarşılaşma "İnternasional"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...