“Boka Xuniors”un Libertadores kubokundakı oyunu Maradonanın ölümünə görə təxirə salınıb

Libertadores kubokunun “Boka Xuniors” (Argentina) və “İnternasional” (Braziliya) oyunları təxirə salınıb.

SİA xəbər verir ki, buna futbol əfsanəsi Dieqo Maradonanın ölümü səbəb olub.

Bu barədə qərarı Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) verib. 1/8 final mərhələsinin noyabrın 26-da baş tutmalı olan ilk, dekabrın 3-də keçirilməsi planlaşdırılan cavab matçı bir həftə sonraya keçirilib. Komandalar ilk görüşünə dekabrın 3-də, cavab qarşılaşmasını 10-da çıxacaq.

Qeyd edək ki, bu gün 60 yaşında dünyasını dəyişən Maradonanın futbolçu karyerasında son klub “Boka Xuniors” olub.

Bütün xəbərlər Facebook səhifəmizdə