İtaliya millisinin sabiq baş məşqçisinin yeni klubu məlum olub

İtaliya millisinin sabiq baş məşqçisinin yeni klubu məlum olub

İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandellinin yeni klubu məlum olub.

SİA xəbər verir ki, 63 yaşlı mütəxəssis "Fiorentina"nı çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilə müddəti açıqlanmayıb. Prandelli bu vəzifədə Cüzeppe Yakinini əvəzləyib.

İtaliyalı mütəxəssis daha əvvəl 2005-2010-cu illərdə də Florensiya klubunu çalışdırıb.

Qeyd edək ki, Prandellinin son klubu "Cenoa" olub. O, ötən ildən işsiz idi.

Bütün xəbərlər Facebook səhifəmizdə