İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandellinin yeni klubu məlum olub.
SİA xəbər verir ki, 63 yaşlı mütəxəssis "Fiorentina"nı çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilə müddəti açıqlanmayıb. Prandelli bu vəzifədə Cüzeppe Yakinini əvəzləyib.
Qeyd edək ki, Prandellinin son klubu "Cenoa" olub. O, ötən ildən işsiz idi.