“Qarabağ”ın rəqibi bu 4 klubdan biri olacaq

Futbol üzrə UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün 1-ci təsnifat mərhələsinin püşkü ərəfəsində komandalar qruplara bölünüb.

SİA xəbər verir ki, UEFA 34 iştirakçını 5 qrupa ayırıb.

Bunlardan üçündə 6, ikisində 8 iştirakçı yer alıb. Azərbaycan çempionu “Qarabağ” 4-cü qrupda səpələnmiş 4 komandadan biridir.

Təmsilçimiz bu qrupun səpələnməmişlərdən biri ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələrinin mümkün rəqibləri “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), "Tirana" (Albaniya) və “Sileks” (Şimali Makedoniya) komandalarıdır.

Qeyd edək ki, bu gün İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Bir oyundan ibarət olacaq 1-ci təsnifat mərhələsinin görüşləri avqustun 18-19-da keçiriləcək.

UEFA Çempionlar Liqası

2020/21 mövsümü

1-ci təsnifat mərhələsi

1-ci qrup


Səpələnmişlər

“Seltik” (Şotlandiya)

“Legiya” (Polşa)

“Ferensvaroş” (Macarıstan)

Səpələnməmişlər

"Yurqorden" (İsveç)

“Reykyavik” (İslandiya)

İlkin mərhələnin qalibi

2-ci qrup


Səpələnmişlər

“Srvena Zvezda” (Serbiya)

“Şerif” (Moldova)

“Sarayevo” (Bosniya və Herseqovina)

Səpələnməmişlər

"Fola" (Lüksemburq)

“Konnah” (Uels)

“Europa” (Cəbəllütariq)

3-cü qrup


Səpələnmişlər

“Lüdoqorets” (Bolqarıstan)

“Omoniya” (Kipr)

ÇFR (Rumıniya)

Səpələnməmişlər

“Buduçnost” (Monteneqro)

“Ararat” (Ermənistan)

“Floriana” (Malta)

4-cü qrup


Səpələnmişlər

“Astana” (Qazaxıstan)

“Qarabağ” (Azərbaycan)

“Makkabi” (Təl-Əviv, İsrail)

“Dinamo” (Tbilisi, Gürcüstan)

Səpələnməmişlər

“Dinamo” (Brest, Belarus)

“Riqa” (Latviya)

"Tirana" (Albaniya)

“Sileks” (Şimali Makedoniya)

5-ci qrup


Səpələnmişlər

“Molde” (Norveç)

“Dandolk” (İrlandiya)

“Slovan” (Slovakiya)

“Suduva” (Litva)

Səpələnməmişlər

“Klaksvik” (Farer adaları)

“Flora” (Estoniya)

"Çelye" (Sloveniya)

“KuPS” (Finlandiya)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...