Türkiyə Super Liqasına ilk vəsiqənin sahibi müəyyənləşib

Türkiyə Super Liqasına ilk vəsiqənin sahibi müəyyənləşib.

SİA xəbər verir ki, I liqanın çempionu adını qazanan “Hatayspor” 2020/21 mövsümündə güclülərin sırasında oynamaq hüququ əldə edib.

Mehmet Altıparmakın baş məşqçisi olduğu komanda XXXIII turda səfərdə “Adanaspor”a 2:1 hesabı ilə qalib gələrək xal hesabını 63-ə çatdırıb. Ən yaxın izləyicisi “Ərzurum”u 4 xal qabaqlayan “Hatayspor” sona bir tur qalmış 1-ci yeri təmin edib.

Qeyd edək ki, 53 illik tarixə malik klub ilk dəfə Super Liqada mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə