Türkiyə Super Liqasına ilk vəsiqənin sahibi müəyyənləşib.
SİA xəbər verir ki, I liqanın çempionu adını qazanan “Hatayspor” 2020/21 mövsümündə güclülərin sırasında oynamaq hüququ əldə edib.
Mehmet Altıparmakın baş məşqçisi olduğu komanda XXXIII turda səfərdə “Adanaspor”a 2:1 hesabı ilə qalib gələrək xal hesabını 63-ə çatdırıb. Ən yaxın izləyicisi “Ərzurum”u 4 xal qabaqlayan “Hatayspor” sona bir tur qalmış 1-ci yeri təmin edib.