Zidan koronavirusa görə tətbiq olunan kranantin qaydalarını pozub

"Real”ın baş məşqçisi Zinəddin Zidan koronavirusa görə tətbiq olunan kranantin qaydalarını pozub.

SİA "sport.ru" saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis Madriddən kənarda yerləşən kənd evinə gedib.

Onun ötən il aldığı evini ziyarət etdiyi bildirilir. Fransalı mütəxəssisin qayda pozuntusu sübut edilərsə, 1500 avro cərimələnə bilər.

Qeyd edək ki, "Real” mayın 18-dən məşqlərini bərpa edib. İspaniya La Liqasının iyunun 8-də davam etdiriləcəyi açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...