Almaniya bundesliqasın 27-ci turunun açılış oyununda böyük hesab qeydə alınıb

Almaniya bundesliqasında 27-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. Berlin derbisində "Herta" doğma meydanda "Union"la qarşılaşıb və rəqibinə 4:0 hesabı ilə qalib gəlib.

"Herta" - "Union" - 4:0
Qollar: İbişeviç, 51, Lukebakio, 52, Kunya,61, Boyata, 77

Bu qələbə ilə xalını 34-ə yüksəldən meydan sahibləri turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. "Union" isə 12-ci pillədə qalıb.

Qeyd edək ki, turnir cədvəlinə 58 xalla "Bavariya" başçılıq edir. Dortmund "Borussiya"sı 54 xalla 2-ci, Münhenqladbax "Borussiya"sı 52 xalla 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə