Çempionlar Liqasının finalında geyindiyi əlcəyini satışa çıxardı

Çempionlar Liqasının finalında geyindiyi əlcəyini satışa çıxardı

“Tottenhem”in qapıçısı Huqo Loris ötən mövsüm Çempionlar Liqasının finalında geyindiyi əlcəyini satışa çıxarıb.

SİA xəbər verir ki, kapitanın auksionda satılacaq əlcəyinin ilkin qiyməti 850 avro göstərilib.

Fransalı qolkiper qazanılacaq gəlirin koronavirusla mübarizə aparan səhiyyə işçilərinə veriləcəyini açıqlayıb.

Xatırladaq ki, “Tottenhem” ÇL-in finalında “Liverpul”la qarşılaşmış və 0:2 hesabıyla məğlub olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə