“Tottenhem”in qapıçısı Huqo Loris ötən mövsüm Çempionlar Liqasının finalında geyindiyi əlcəyini satışa çıxarıb.
SİA xəbər verir ki, kapitanın auksionda satılacaq əlcəyinin ilkin qiyməti 850 avro göstərilib.
Xatırladaq ki, “Tottenhem” ÇL-in finalında “Liverpul”la qarşılaşmış və 0:2 hesabıyla məğlub olmuşdu.