Şahmatçılar üçün onlayn seans təşkil edəcək

Şahmat üzrə Azərbaycan yığma komandasının üzvü, üçqat Avropa çempionu Rauf Məmmədov xüsusi karantin günlərində "Lichess.org" şahmat platforması üzərindən onlayn seans təşkil edəcək. SİA xəbər verir ki, seans oyunları aprelin 8-9-da saat 14:00-da keçiriləcək. Əlli dəqiqə davam edəcək və hər seansda cəmi 25 şahmatçı iştirak edə biləcək.

Rauf Məmmədov şahmatsevərləri seansa dəvət edərkən bunları qeyd edib: "Ümid edirəm ki, biz birlikdə çox gözəl və xoş vaxt keçirəcəyik. Evdə qalın, özünüzü qoruyun və yaxınlarınızı qoruyun!".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...