U-19 yığmamızın üzvləri üçün məşğələ təşkil olunub

AFFA-nın təşəbbüsü aşağı yaş qrupu üzrə Azərbaycan milli komandalarının üzvləri ilə mənəviyyat, mədəniyyət, yaradıcılıq, insanlar arasında münasibət qurmaq, cəmiyyətdə mövqe qazanmaq kimi mövzularda müzakirələr aparılır, silsilə məşğələlər keçirilir, müxtəlif mədəni tədbirlər təşkil olunur.

SİA-nın məlumatına görə, növbəti belə məşğələ Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri üçün keçirilib. Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının beynəlxalq əlaqələr departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvü Cahangir Səlimxanov gənc futbolçulara “İnsan həyatında təşəbbüskarlıq, naməlum cığırlar axtarışı” mövzusunda məruzə ilə çıxış edib, onları maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə