"Dibala "Yuventus"un Messisi olacaq"

"Yuventus"un idman direktoru Fabio Paratiçi komandanın iki lideri - Kriştiano Ronaldo və Paulo Dibalanın gələcəyi haqda danışıb. Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o portuqaliyalı hücumçunun Turin klubunda dəqiq qalacağını deyib: "Buna şübhə yoxdur. Dibalaya gəlincə, onun oyunundan razıyıq. "Yuventus"da oynadığı üçün xoşbəxtik. Ümid edirik ki, o, bizim Messimiz ola biləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...