Bavariya”nı çalışdırmış Niko Kovaç yenidən Bundesliqaya qayıda bilər

Son olaraq "Bavariya"nı çalışdıran Niko Kovaç yenidən Bundesliqaya qayıda bilər. SİA xəbər verir ki, bir müddət əvvəl baş məşqçisi Yurgen Klinsmannla yollarını ayıran "Herta" xorvat mütəxəssisə təklif göndərməyə hazırlaşır. Bu barədə "Kicker" nəşri məlumat yayıb. Xəbərdə, "Herta"nın baş məşqçi postuna əsas hədəfin Kovaç olduğu və yaxın zamanda ilkin danışıqların başlayacağı bildirilir. Daha əvvəl Bundesliqada "Ayntraxt" (Frankfurt) və "Bavariya"nı çalışdıran Kovaç hazırda işsizdi. "Herta" hazırda Bundesliqada 14-cü sıradadı.

Bütün xəbərlər Facebook səhifəmizdə