“Səbail” Konqo yığma komandasının yarımmüdafiəçisini transfer edib
“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
SİA xəbər verir ki, paytaxt təmsilçisi Konqo Demokratik Respublikası yığmasının yarımmüdafiəçisi Çikito Lema Mabidini transfer edib.
26 yaşlı oyunçu artıq bir neçə gündü Bakıdadı. O hətta “Keşlə” ilə Premyer Liqa matçını da stadiondan izləyib. Yaxın zamanda transfer rəsmən açıqlanacaq.
Mabidi son olaraq Mərakeşin “Raca Kasablanka” klubunda çıxış edib. O, karyerası ərzində ölkəsində “AS Vita Klub” və Tunisdə “Sfaksien”in də formasını geyinib. 2011-ci ildən Konqo millisinə dəvət alan yarımmüdafiəçi yığmada 23 oyun keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə