Azərbaycan sablyaçısı turnirlərin qalibi olub

Almaniyada keçirilən açıq turnirlərdə Azərbaycan sablyaçısı Zərifə Hüseynova 15 yaşınadək olan 18 idmançı arasında birinci olub. SİA-nın məlumatına görə, idmançımız pley-off mərhələsində 3 görüşdə qalib gəlib. Hər 3 görüşdə onun rəqibləri Almaniya təmsilçiləri olub. İlk görüşdə Lina Bauerini (15:6), sonra Jozefina Koberi (15:4) məğlub edən Zərifə həlledici görüşdə Tereza Lendsleytner üzərində də qələbə qazanaraq (15:9) hamıdan irəli çıxıb.

Z.Hüseynova 17 yaşadək olan idmançılar arasında da eyni uğura imza atıb. O, dörddəbir finalda Almaniya təmsilçisi Ruz Seyqneri üzərində 15:4 hesabı ilə qələbə qazanıb, yarımfinalda isə çexiyalı Kristina Bursikovanı 15:2 hesabı ilə məğlubiyyətə uğradıb. 15:9 hesabı ilə başa çatan final görüşündə Zərifənin rəqibi Çexiyanın digər nümayəndəsi Kristina Draqoradova olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...