Rauf Məmmədovun növbəti rəqibi Ervin Lami olacaq

Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan “Tata Steel Chess 2020” turnirində doqquzuncu turun oyunları keçiriləcək.

SİA-nın məlumatına görə, turnirin B qrupunda mübarizə aparan şahmatçımız Rauf Məmmədov növbəti turda yerli idmançı Ervin Lami ilə mübarizə aparacaq.

Səkkiz turun nəticəsinə görə R.Məmmədovun aktivində 4,5 xal var. O, bu nəticə ilə 6-cı sırada qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə