Kişi boksçulardan ibarət millimizin hazırlığı davam edir

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası baş məşqçi Umberto Orta Dominqesin rəhbərliyi altında Tailandda təlim-məşq toplanışını davam etdirir. SİA-nın məlumatına görə, məşqçilər korpusu hazırlıq çərçivəsində Məsud Yusifzadə, Rüfət Hüseynov (hər ikisi 52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (hər ikisi 57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (hər ikisi 63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor (hər ikisi 69 kq), Amin Kuşkov, Kamran Şahsuvarlı (hər ikisi 75 kq), Alfonso Dominqes (81 kq), Rauf Rəhimov (91 kq) və Məhəmməd Abdullayevi (91 kq-dan yuxarı) sınaqdan keçirir.

Yanvarın 25-də yekunlaşacaq toplanışda bir neçə aparıcı boks ölkəsinin təmsilçiləri də iştirak edirlər.

Qeyd edək ki, toplanış “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya verəcək turnirlərə hazırlıq xarakteri daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...