“Keşlə” klubu Antalyada yoxlama oyunları keçirəcək

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə" klubu yanvarın 17-də növbəti yoxlama matçını keçirəcək.

SİA-nın məlumatına görə, Tərlan Əhmədovun komandası Almaniyanın 3-cü liqasının təmsilçisi "Zvickau" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtilə saat 17:00-da başlayacaq.

Xatırladaq ki, "Keşlə" yanvarın 22-də Rusiyanın "Arsenal", 24-də isə Slovakiyanın "Zemplin" klubları ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...