Xames Rodriges "Atletiko"da oynamaqdan imtina edib

“Atletiko”nun prezidenti Enrike Sereso Xames Rodrigesi transfer etməkdə problem yaşadıqlarını etiraf edib.
SİA-nın məlumatına görə, 71 yaşlı funksioner İspaniya mətbuatına açıqlamasında bunları söyləyib: “Biz yayda Xamesi heyətimizə qatmaq istəyirdik, amma bunu bacarmadıq. Kolumbiyalı futbolçu “Real”da qalmağa üstünlük verdi. Futbolçular istədikləri yerdə oynayırlar. Rodriges həmin vaxt “Real”ı seçdi. Bir oyunçu ilə müqavilə imzalaya bilmirsinizsə, deməli bu, oyunçunun istəksizliyi ilə əlaqədardır. Ümumiyyətlə, kolumbiyalı futbolçuların fantastik özəllikləri olur. Məsələn mən Luis Amaranto Perea kimi topu mükəmməl şəkildə ələ keçirən müdafiəçi, Radamel Falkao qədər çox qol vuran hücumçu görməmişəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...