Reza Mehmandust ilin ən yaxşı məşqçisi seçilib

Taekvondo üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandust ilin ən yaxşı məşqçisi seçilib. SİA-nın məlumatına görə, iranlı mütəxəssisi bu ada Ümumdünya Taekvondo Federasiyası layiq görüb.

Mükafatlandırma mərasimi Rusiyanın paytaxtı Moskvadakı Qran-prinin final mərhələsinin ardından təşkil olunub. Müxtəlif nominasiyalar üzrə mükafatların verildiyi "Qala" gecədə Mehmandust da təltif edilib.

Qeyd edək ki, Qran-prinin final mərhələsində Azərbaycan taekvondoçularından Milad Beigi Harçeqani (80 kq) gümüş, Radik İsayev (+80 kq) bürünc medala yiyələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...