Azərbaycan idmançısı Hayle İbrahimov Parisdə, qapalı "Bersi" idman sarayında keçirilən yüngül atletika üzrə dünya çempionatının gümüş medalını qazanıb.
SİA-nın xəbərinə görə, britaniyalı Mo Fara 3 min metr məsafəyə qaçış yarışlarında 7 dəqiqə 53.00 saniyə nəticə ilə qızıl medal qazanıb. Azərbaycan təmsilçisi Hayle İbrahimov finişə ikinci çatıb. Bürünc medala isə Türkiyə yüngül atleti Xəlil Akkas sahib olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB