Təmsilçimiz Avropa çempionatında gümüş medal qazanıb

8 Mart 2011 08:40 (UTC+04:00)

Azərbaycan idmançısı Hayle İbrahimov Parisdə, qapalı "Bersi" idman sarayında keçirilən yüngül atletika üzrə dünya çempionatının gümüş medalını qazanıb.

SİA-nın xəbərinə görə, britaniyalı Mo Fara 3 min metr məsafəyə qaçış yarışlarında 7 dəqiqə 53.00 saniyə nəticə ilə qızıl medal qazanıb. Azərbaycan təmsilçisi Hayle İbrahimov finişə ikinci çatıb. Bürünc medala isə Türkiyə yüngül atleti Xəlil Akkas sahib olub.