Şimali Koreya 29 ildən sonra Cənubi Koreya millisini qəbul edib

Şimali Koreya 29 il sonra öz meydanında Cənubi Koreyanı qəbul edib.

SİA xəbər verir ki, komandalar 2022-ci il Dünya çempionatının seçmə mərhələsində üz-üzə gəliblər. Görüş Şimali Koreyanın paytaxtı Pxenyanda keçirilib. Qolsuz başa çatan matça Cənubi Koreya azarkeşləri və mətbuat nümayəndələri buraxılmayıb.

Qeyd edək ki, ölkələr arasında siyasi gərginliyə görə Şimali Koreya sonuncu dəfə Cənubi Koreya ilə 1990-cı ildə evdə qarşılaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə