“Bəhreyn Milli Stadionu”nda Azərbaycan yığmasının Bəhreynə 3:2 hesabı ilə qalib gəldiyi yoldaşlıq oyunundan əvvəl Bəhreyn Futbol Assosiasiyası (BFA) və AFFA nümayəndələri arasında görüş keçirilib.
SİA-nın xəbərinə görə, görüşdə AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, baş katib Elxan Məmmədov, BFA-nın vitse-prezidenti Ali Al Buainain və baş katib Ebrahim Al Buainain iştirak edib.
Hər iki qurum arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB