İspaniyanın "Barselona" klubu futbolçusu Karles Pereslə müqavilənin müddətini uzadıb. Kataloniya təmsilçisinin rəsmi saytında yer alan məlumatda deyilir ki, 21 yaşlı hücumçunun yeni sözləşməsi 2022-ci ilin iyuluna qədər hesablanır.
Qeyd edək ki, Karles Peres may ayında əsas komandanın heyətində debüt edib. O, bu mövsüm 5 oyunda meydanda olub və bir qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB