"Barselona" Karles Pereslə müqavilənin müddətini uzadıb

28 Sentyabr 2019 00:18 (UTC+04:00)

İspaniyanın "Barselona" klubu futbolçusu Karles Pereslə müqavilənin müddətini uzadıb. Kataloniya təmsilçisinin rəsmi saytında yer alan məlumatda deyilir ki, 21 yaşlı hücumçunun yeni sözləşməsi 2022-ci ilin iyuluna qədər hesablanır.

Qeyd edək ki, Karles Peres may ayında əsas komandanın heyətində debüt edib. O, bu mövsüm 5 oyunda meydanda olub və bir qol vurub.